Türkiyə: "Biz dünyanın 10 ən böyük dövlətindən biri olacağıq"

"Biz öz avtomobilimizi və təyyarəmizi istehsal edəcəyik." Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Bu gün hərbi sənayedə 60 faizlik uğura necə çatmışıqsa, gələcəkdə bundan daha yaxşı nəticələr əldə edəcəyik. Nə edirlərsə, etsinlər. İstənilən fitnə-fəsad törətsinlər. Biz dünyanın 10 ən böyük dövlətindən biri olacağıq. Buna sadəcə bizim deyil, bütün bəşəriyyətin ehtiyacı var”, - nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə