Zərrabın vəkilləri ondan üz döndərib

ABŞ-da həbsdə olan əslən azərbaycanlı milyarder Rza Zərrabın İstanbulda davam edən məhkəmə prosesində Zərrabın vəkillərinin istefa verdiyi bildirilib. Axar.az xəbər verir ki, bu barədə məhkəmənin hakimi məlumat verib.

Rza Zərrabın Türkiyədə yaşadığı dövrdə haqqında tənqidi fikirlər səsləndirən şəxslər barədə şikayətindən sonra başladılan məhkəmə prosesinin növbəti iclası keçirilib. Qısa müddətdə yekunlaşan məhkəmə prosesində hakim ittihamçı tərəfin vəkilləri Şeyda Yıldırım və Aytən Yılmazın istefa verdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə