ABŞ helikopterləri İŞİD-çiləri həbsxanadan qaçırıblar?

ABŞ-a məxsus helikopterlər Suriyanın Haseke şəhərindəki həbsxanadan İŞİD üzvlərini qaçırıb. Sputnik xəbər verir ki, Suriyanın şimal-şərqində yerləşən Haseke şəhərindən olan adının açıqlanmasını istəməyən bir mənbə ABŞ helikopterlərinin kürdlərin nəzarətindəki zindandan İŞİD-çiləri qaçırtmaq üçün həbsxananın meydançasına endiklərini gördüyünü söyləyib.

Həmçinin amerikalıların sözügedən həbsxanada baza qurmaq istədikləri və bu səbəbdən dolayı müxtəlif yerlərdən ora silah-sursat daşıdıqları bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə