Peruda sərnişin avtobusu aşıb: 30 nəfər ölüb

Fevralın 21-də səhər saatlarında Peruda sərnişin avtobusunun uçuruma aşması nəticəsində azı 30 nəfər həlak olub, 22 nəfər isə yaralanıb. Reru21 portalının yaydığı məlumata görə, qəza Arekipa regionunda qeydə alınıb. İlkin məlumata əsasən, sürücü idarəetməni itirib və avtobus Panamerika şosesindən çıxaraq 200 metr hündürlükdən uçuruma yuvarlanıb.

Ölkə Prezidenti Pedro Kuçinski həlak olanların ailə üzvlərinə başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə