Bu ölkə vətəndaşlarına pul paylayır

Sinqapur hökuməti 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar arası ödəniş edəcək. Axar.az xəbər verir ki, buna səbəb büdcə gəlirlərinin nəzərdə tutulduğundan artıq olmasıdır. Bildirilib ki, büdcəyə 9,6 milyard dollar əlavə vəsait daxil olub.

Belə ki, illik gəliri 28 min dollar olanlar 300, 28 min-100 min arası olanlar 200, 100 min dollardan artıq gəliri olanlar isə 100 dollar məbləğində dövlət mükafatı alacaq. Dövlət mükafatlarının ilin sonunda ödənəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə