Kolumbiya Prezidenti: "Türkiyədən örnək götürməliyik"

"Venesueladan ölkəmizə axın edən miqrantlarla məşğul olmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərdik." Axar.az xəbər verir ki, bu sözləri Kolumbiya Prezidenti Juan Manuel Santos deyib. O bildirib ki, Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsi olduqca mühümdür: “Miqrant problemi ilə bağlı Türkiyə kimi ölkələrdən örnək götürməliyik. Bu problemlə bacardığımız qədər mübarizə aparmağa çalışırıq”, - Santos bildirib.

Qeyd edək ki, Türkiyə 3,5 milyon miqranta ev sahibliyi edir. Miqrantların əksəriyyəti Suriya və İraqdandır.

Bütün xəbərlər Facebook səhifəmizdə