Çin ABŞ-ı hədələdi: "Sərt cavab verəcəyik"

ABŞ-ın alüminium idxalına tətbiq edəcəyi rüsum əsassızdır. Axar.az xəbər verir ki, bunu Çin Kommersiya Nazirliyinin rəsmi nümayəndəsi Van Xetszyun jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, sözügedən qərar Çinin maraqlarına mənfi təsir göstərsə, Pekin mütləq buna cavab verəcək.

Qeyd edək ki, bundan öncə ABŞ Ticarət Nazirliyi alüminium və polad idxalına görə rüsumu 24%-ə çatdıracağını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...