Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, Prezidentlər Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatının nəticələrini müzakirə ediblər. Həmçinin İdlib bölgəsində gərginliyin azaldılmasına dair səmərəli fikir mübadiləsi aparılıb.

Prezidentlər ikitərəfli və regional proseslərdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...