Meksikada fövqəladə vəziyyət elan edilib

Meksikanın Milli Mülki Müdafiə Xidməti ötən həftə baş verən güclü zəlzələdən sonra Oaxakanın 33 ştatında fövqəladə vəziyyət elan edib. SİA-nın xəbərinə görə, fövqəladə vəziyyət bu ərazilərdə təbii fəlakətlərin aradan qaldırılması üçün yaradılan xüsusi fondun vəsaitlərinə çıxış əldə etmək imkanı verəcək. Dövlət orqanları özü bu ərazilərdə fövqəladə vəziyyətin elan olunmasını tələb ediblər.

Xatırladaq ki, ötən həftənin cümə günü Meksikada 7.2 bal gücündə zəlzələ baş verib. Hökumətin açıqladığı məlumata görə, zəlzələ yüzlərlə ttikiliyə ziyan vurub, 1.3 milyon insan işıqsız qalıb. Milli Seysmoloji Xidmətin açıqladığı məlumata görə isə zəlzələ baş verən günü 1.5 min yeraltı təkan qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə