İsrailin cənub ərazilərinə raket buraxılıb

Qəzza zolağından İsrailin cənub ərazilərinə növbəti raket buraxılıb. Bu barədə İsrail Hərbi Hava Qüvvələri məlumat yayıb. “Raket buraxılması ilə bağlı Şaax xa-Neqev regional şurasında və Sderote şəhərində həyəcan siqnalı verilib”, - deyə bildirilib.

Qeyd edilib ki, bu, son 24 saat ərzində Qəzzadan atılan ikinci raketdir.

Bütün xəbərlər Facebook səhifəmizdə