İŞİD Dağıstandakı hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb

Dağıstanın Kızılyar şəhərində naməlum şəxs insanları atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, həmin şəxs provaslavların dini mərasim keçirdiyi əraziyə daxil olub və kütləyə atəş açıb. Nəticədə 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar öldürülüb. İŞİD terror qruplaşması baş verən silahlı hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə