Moskvada rekord dərəcə şaxta olacaq!

Növbəti həftə Rusiyanın paytaxtı Moskvada rekord dərəcədə şaxtanın olacağı gözlənilir. Bu barədə Rusiyanın Hidrometereologiya Departamenti məlumat yayıb. Bildirilib ki, artıq fevralın 20-dən etibarən temperatur kəskin şəkildə enəcək. Fevralı 21-də isə havanın temperaturu gecə -14-19 °С, gündüz isə - 8-13°С olacaq.

Növbəti gecə isə daha şiddətli soyuq olacaq və qışın ən şaxtalı başlanğıcı sayılacaq. Həmin vaxt temperaturun -26°С-yə qədər enməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə