“Heç kim düşünməsin ki, Türkiyədən bir daş ala biləcək"

"Deyirlər ki, Türkiyə Suriyadakı kürdlərə qarşı əməliyyatlar keçirir." Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çelik deyib.

“Heç kim düşünməsin ki, terrorçulara dəstək verərək, Türkiyədən bir daş ala biləcək, Türkiyənin geri çəkilməsinə səbəb olacaq. Amma dəstək verənlər var. Onlara demək istəyirəm ki, hamısı birləşib üstümüzə gəlsinlər, cavablarını verəcəyik”, - Çelik bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə