Təyyarə qəzasının SƏBƏBLƏRİ

İranda baş vermiş təyyarə qəzasının səbəbi məlum olub. SİA xəbər verir ki, bu barədə "Press TV" "Aseman Airlines" şirkətinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, təyyarə Dena dağına çırpılıb. Qeyd edək ki, həmin ərazidə əlverişsiz hava şəraiti hökm sürür. Bu səbəbdən də İran mətbuatı xilasedicilərin olduğu vertolyotun təyyarənin qəzaya uğradığı ərazidə eniş edə bilmədiyini xəbər verib. Hadisə zamanı təyyarədə 66 nəfər olub. Onların hamısı qəzada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə