İranın qərb bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 17:54-də qeydə alınan yeraltı təkanların episentri Şuştər şəhərindən 17 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə