Yunanıstan səfiri Türkiyə XİN-ə çağırılıb

Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, səfirin çağırılmasına səbəb Egey dənizindəki Kardak qayalığında yaşanan gərginlik olub.

Qeyd edək ki, dünən Türkiyə və Yunanıstan arasında Egey dənizindəki mübahisəli ərazi sayılan Kardakda türk və yunan gəmiləri toqquşub.

Bütün xəbərlər Facebook səhifəmizdə