Avstriyada iki sərnişin qatarı toqquşub, 22 nəfər yaralanıb

Avstriyanın cənub-şərqində yerləşən Ştiriya federal torpağında iki sərnişin qatarının toqquşması nəticəsində azı bir nəfər həlak olub, xəsarət alanların sayı isə 22 nəfərə çatıb. Onların arasında üç uşaq da var.

Xarici KİV-lərin yazdığına görə, insident Niklasdorf yarmarka kommunasının vağzalında qeydə alınıb. Burada regional qatar beynəlxalq ekspreslə toqquşub. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Hazırda qəzanın baş verdiyi ərazidə təcili xidmətlər fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə