Mixeil Saakaşvili Kiyevdə yenidən saxlanılıb

Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə “Suluquni” restoranı yaxınlığında saxlanılıb.

Yerli mətbuata istinadla xəbər verilir ki, bu barədə Saakaşvilinin tərəfdarlarından biri olan David Sakvarelidze məlumat yayıb. Onun sözlərinə görə, xüsusi təyinatlılar Saakaşvilini tutaraq naməlum istiqamətə aparıblar.

Ukraynanın hüquq mühafizə orqanları Saakaşvilinin Avropa ölkələrindən birinə deportasiya olunacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə