Güclü qar 4 nəfərin ölümünə səbəb olub

Yaponiyada yağan güclü qar nəticəsində dörd nəfər həlak olub, 48 nəfər isə müxtəilf dərəcəli xəsarətlər alıb. SİA-nın xəbərinə görə, xəbər Fukui prefekturasında üç nəfər şəxsi avtomobillərində işlənmiş qaz borusunun tutulması nəticəsində boğularaq ölüb. Niiqata prefekturasında isə bir nəfər evin damındakı qarı təmizləyərkən yıxılaraq həlak olub. Daha 48 nəfər qarda yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıblar. Meteoroloqların verdiyi məlumata görə, Fukui prefekturasında qarın qalınığı 1 metr 9 santimetr, Niiqata da isə 1 metr 23 santimetr təşkil edib. Bazar günü həmin rayonda günəşli hava qarı əritməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə