Monqolustanın qərbində Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib.
SİA-nın məlumatına görə, zəlzələnin episentri Harqas-Nuur gölü yaxınlığında qeydə alınıb.
Məlumata görə, yerlatı təkanlar Rusiyanın Tuva respublikasının Kızıl şəhərindən 281 kilometr cənub-qərbdə baş verib.
Zəlzələ nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə