Ərdoğan: "Qarşımıza çıxmağa cəsarət etmədilər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı həqiqətlərin üzə çıxması üçün bir daha Ermənistana arxivlərin açılmasını təklif edib. Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında bildirib ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur.

R.T.Ərdoğan deyib ki, həmin hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının arxivində 1 milyon 700 min sənəd var: "Həmin sənədlərin 1 milyonu indiyə qədər açılıb. Biz qondarma "erməni soyqırımı"nın araşdırılması üçün arxivlərin açılmasını təklif etdik. Bu günə qədər arxivlərin açılması təklifimizi qəbul etməyiblər. Qarşımıza çıxmağa cəsarət etmədilər".

Bütün xəbərlər Facebook səhifəmizdə