Nyu-Yorkun əsas simvollarından olan Azadlıq heykəli federal hökumətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması ilə əlaqədar turistlər üçün bağlanıb. SİA-nın məlumatına görə, Nyu-York ştatının qubernatoru Endryu Kuomo abidənin tezliklə açılmasına çalışacağını bildirib. Qeyd edək ki, ABŞ-ın bir çox digər turistik mərkəzləri, o cümlədən milli parklar, federal hökümətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması səbəbindən bağlanıb və yaxud məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə