Rusiya Afrin əməliyyatına gorə ABŞ-ı ittiham etdi

Suriyanın şimal-qərbində gərginliyin artmasının əsas səbəblərindən biri ABŞ-ın provokativ addımlar atmasıdır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Pentaqonun Suriyadakı ABD tərəfdaşı olan qruplaşmalara müasir silahlar verməsi ucbatından Türkiyə Afrinə qarşı əməliyyatlara başlayıb. ABŞ-ın Suriyadakı məsuliyyətsizliyi ölkədəki problemin həllini və Cenevrə prosesini təhdid edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatlarda rus əsgərlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onları Təl-Rüfət bölgəsinə köçürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə