"Prezident olsam Kiyevdə rus bayrağı dalğalanacaq”

"Əgər prezident olsam, Donbas müharibəsini bitirəcəyəm." Bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Onların hər şeyini məhv etmək lazımdır. Bütün Kiyev rejimi yıxılmalıdır. Ukraynadakı bütün hərbi hissələr tam məhv edilib, yandırılmalıdır. Bundan sonra xüsusi təyinatlılar Kiyevə daxil olub, Poroşenkonu həbs etməlidirlər. Mən bunun haqqında seçkidən əvvəl də deyirdim, indi də deyirəm. 18 martda prezident olsam, 20 martda Kiyevdə rus bayrağı dalğalanacaq”, – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...