Mövlud Çavuşoğlu İraqa səfər edəcək

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 21-də İraqa səfər edəcək. Axar.az xəbər verir ki, həmkarı İbrahim Cəfərin dəvəti ilə baş tutacaq səfər zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq.

Çavuşoğlunun İraq Baş naziri Heydər Abadi və Nümayəndələr Palatasının rəhbəri Səlim Ciburi ilə də görüşəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə