Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar verib.Türkiyə mətbuatının yazdığına görə, fövqəladə vəziyyət rejimi, yanvarın 19-dan etibarən daha 3 ay uzadılıb. Qeyd edək ki, fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Bundan əvvəl fövqəladə vəziyyət rejimi 5 dəfə 3 ay müddətinə uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə