Niderland və Belçikada qasırğa 4 nəfəri öldürüb

Niderland və Belçikada gecə saatlarından başlayan güclü küləklə müşayiət olunan qasırğa ciddi fəsadlara və insan tələfatına yol açıb. Trend-in məlumatına görə, qasırğa nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib.

Məlumata görə, Niderlandda 3 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Bir nəfər isə Belçikada təbiət hadisəsinin qurbanı olub. Proqnozlara əsasən, qasırğa bu gün axşam saatlarınadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə