Pakistanlı nazir: "ABŞ-ın köməyinə ehtiyacımız yoxdur"

"Pakistan heç bir zaman öz milli maraqlarından imtina etməyəcək və ABŞ-ın köməyi olmadan da keçinməyə hazırdır. " Axar.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər naziri Xavaca Məhəmməd Asif danışıb. Nazirin sözlərinə görə, Pakistan hər hansı bir köməyə ehtiyacı olmadığını ABŞ-ın siyasi və hərbi rəhbərliyinə açıq şəkildə ifadə edib.

“ABŞ öz uğursuzluqları üçün Pakistanı günahlandırmamalıdır. Pakistan öz milli maraqlarından heç vaxt imtina etməyəcək və heç kimin köməyi olmadan yaşamağa qadirdir. Pakistan ABŞ-la münasibətlərdə tarazlıq qurulmasına çalışacaq”, - nazir deyib. Qeyd edək ki, ABŞ Pakistanı terrorçuluğa dəstək verməkdə ittiham etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə