Moldovada MDB-dən çıxmaqla bağlı qanun layihəsi parlamentə təqdim edilib. Axar.az xəbər verir ki, liberallar Moldovanın Birlikdən çıxmasını və MDB dövlətləri ilə yalnız ikitərəfli əsaslarla əlaqələrin qurulmasını təklif edirlər.

Qeyd edək ki, Moldova parlamentində 101 deputatdan 9-u Liberal fraksiyasının üzvüdür. Qərarların qəbul edilməsi tamamilə hakim Demokratik Partiyanın mövqeyindən asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə