"Türkiyə heç kimdən icazə almadan bu cür tədbirləri davam edəcək”

Türkiyə milli təhlükəsizliyinə təhdid təşkil edəcək istənilən qüvvəyə qarşı bütün tədbirləri görüb. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın deyib.

“Bundan sonra da tədbirlər görüləcək. Bu Afrin də, Cerablus da, Menbiç də, başqa yerlər də, İraq da ola bilər. Bu təhdid istər PKK-dan, istər YPG-dən gəlsin, istər İŞİD-dən, istərsə də başqa qruplaşmalardan gəlsin. Türkiyə bu günə qədər olduğu kimi, heç kimdən icazə almadan, yerini, vaxtını və formasını özü təyin etməklə bu cür tədbirləri görməyə davam edəcək”, - Qalın bildirib.

Qeyd edək ki, Türkiyə tərəfi Afrin istiqamətində əməliyyat keçirməklə terror kolidorunu yarmaq niyyətini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə