52 nəfər diri-diri yanaraq öldü Dəhşətli qəza

Qazaxıstanda dəhşətli qəza baş verib. SİA-nın Kazinform-a istinadən verdiyi məlumata görə, 52 nəfərin ölümü ilə nəticələnən hadisə Aktyubinsk vilayətinin İrgiz rayonunda baş verib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Samara-Şimkent yolu ilə hərəkət edən avtobusun qəzaya düşərək alışması zamanı 52 nəfər diri-diri yanaraq ölüb. Daha 5 nəfər isə xilas olaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ölənlərin hamısının Özbəkistan vətəndaşı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...