ABŞ: "Bizim missiyamız dəyişməyib”

"Afrində əməliyyatlara başlamaq fikrimiz yoxdur". Bu sözləri ABŞ koalisiyasının sözçüsü Ryan Dillon deyib.

O bildirib ki, Afrin koalisiyanın əməliyyat zonasına daxil deyil: “Koalisiyaya Suriya və İraqda müəyyən ərazilərdən İŞİD terror qruplaşmasını çıxarmaq vəzifəsi tapşırılıb. Bizim missiyamız dəyişməyib”. Dillon əlavə edib ki, ABŞ üçün Fəratın şərqi olduqca önəmlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə