"NATO Türkiyədə sabitliyi qorumaq üçün görülən işləri davam etdirəcək"

Getdikcə çətinləşməsinə baxmayaraq NATO Türkiyədə sabitliyi qorumaq üçün görülən işləri davam etdirəcək. Axar.az xəbər verir ki, bunu NATO-nun adı açıqlanmayan nümayəndəsi Anadolu Agentliyinə açıqlamasında deyib.

“Suriyadan gələcək ballistik raketlərə qarşı Türkiyənin müdafiəsini gücləndirdik. Türkiyəyə erkən xəbərdarlıq sistemi olan AVAKS-ı gətirdik və Egey dənizinin şərqində donanmamızı gücləndirdik. Bütün bu addımlar NATO-nun Türkiyənin müdafiəsinə böyük diqqət yetirməsinin göstəricisidir”, - deyə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə