İranda 440 etirazçı azadlığa buraxıldı RƏSMİ

İran hakimiyyəti Tehranda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında iştirakına görə həbs olunan 440 nəfəri azadlığa buraxıb. SİA-a bu barədə Reuters-ə istinadən xəbər verir.

Rəsmi məlumatlara görə hakimiyyət mindən çox etirazçını həbs edib. Bu rəqəmin 3.7 minə çatacağı gözlənilir.

Deyilənlərə görə, həbs olunanlardan bir neçə nəfəri ölüb. Lakin təhlükəsizlik rəsmilərinin açıqladığı məlumata görə, həbs olunanlardan yalnız iki nəfəri intihar nəticəsində ölüblər.

"Etiraz aksiyalarında iştirak edənlərdən 440 nəfəri azadlığa buraxılıb" - deyə, Tehranın baş prokuroru Abbas Cafari Dolatabadi açıqlayıb.

Onun sözlərinə görə, etiraz zamanı həbs olunan şəxslərin çoxunu 18-35 yaşlı aztəminatlı ailələrdən olan gənclər təşkil edir

Xatıladaq ki, bundan öncə İran rəsmiləri etirazlar zamanı 25 nəfərin öldüyünü açıqlamışdılar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə