Mövlud Çavuşoğlu: "ABŞ-ın artıq dəqiq bir qərar verməsi lazımdır"

"Tillersonla sabah (Bu gün) görüşəcəyik, ABŞ-ın artıq dəqiq bir qərar verməsi lazımdır". Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

YPG ilə Türkiyə ilə sərhəddə ordu quracağını bəyan edən ABŞ-a sərt reaksiya verən Çavuşoğlu həmkarı Reks Tillersonla bu məsələni müzakirə edəcəyini vurğulayıb: "ABŞ tərəfini müəyyən etməlidir, müttəfiqlərini, yoxsa terror təşkilatlarına üstünlük verəcək? Hər bir şeydən əvvəl ABŞ koalisiya adından açıqlama verə bilməz, çünki biz də koalisiyanın içindəyik. Belə bir addım atıla bilməz, regionda xaos olar".

Bütün xəbərlər Facebook səhifəmizdə