Məşhur rok vokalisti 46 yaşında vəfat edib

İrlandiyanın məşhur rok qruplarından sayılan “The Cranberries”in (Kranberis) vokalisti Dolores O Riordan 46 yaşında vəfat edib. Bu barədə İrlandiya mediası məlumat yayıb. İfaçı həyatını itirən zaman Londonda səsyazma studiyalarından birində idi. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, Riordan sözügedən rok qrupuna 1990-cı ildə 18 yaşında olarkən qoşulub. Tez bir zamanda qrupun simasına çevrilən qadın 2003-cü ildən solo ifaya başlayaraq 2 albom buraxmağa müvəffəq olur. O, həmçinin bir sıra filmlərdə də rol almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə