Vaşinqton metrosunda sərnişin dolu qatar relslərdən çıxıb

Vaşinqton metrosunda "qırmız" xəttlə hərəkət edən qatarın relslərdən çıxması nəticəsində qəza baş verib. Trend-in məlumatına görə, relslərdən çıxan qatarda 60-a yaxın sərnişin olub.

Qəza yerində hazırda fövqəladə xidmət qüvvələri işləyir. Qəzanın baş vermə səbəbləri məlum deyil. İnsident nəticəsində xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə