Portuqaliyada yanğın olub: 8 nəfər ölüb

Portuqaliyanın Villa-Nova de Reyna şəhərində Turizm Assosiasiyasının mənzil-qərargahında yanğın baş verib. Partlayışla müşayiət olunan yanğın zamanı binanın dam örtüyü çöküb. Nəticədə 8 nəfər ölüb, 14 nəfəri ağır olmaqla 36 nəfər yaralanıb. Milli Mülki Müdafiə qurumunun rəsmisi Patrisia Qaspar ölənlərin sayının artacağını istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə