İranda iğtişaşlarda 25 nəfər ölüb

İranın məhkəmə orqanları ölkədə iğtişaşlar nəticəsində 25 nəfərin öldüyünü açıqlayıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, son küçə etirazlarında həbs olunan təxminən 400 nəfər nəzarətə alınıb.

"Ölənlərin heç biri təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində öldürülməyib. Tutulanlardan təxminən 50 nəfəri Tehranda həbsdədir" - deyə, İranın IRI Məhkəmə Hakimiyyətinin nümayəndəsi Qholam-Hüseyin Möhseni Ezhei açıqlayıb.

Onun sözlərinə görə, tutulan şəxslərin bəziləri xarici qüvvələrlə təmasda olaraq ölkədə qarışıqlıq yaratmaq istədikləri üçün tutulublar.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İranda küçə ixtişaşları ötən ilik dekabrın 28-dən cari ilin yanvarın 5-dək müxtəlif şəhərlərdə davam edib

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə