Meksika prezidentinin gözlərində problem yarandı

Meksika prezidenti Enrike Penya Nyeto Milli Aviasiya Texnologiyaları Mərkəzinin açılışından sonra görmə problemi ilə əlaqədar həkimə müraciət etməyə məcbur olub. SİA-nın xaricimətbuata istinadən verdiyi xəbərə görə, Mərkəz Keretaro ştatında açılıb.

Məlumata görə, açılış tədbirindən sonra təqdimetmə mərasimində iştirak edən Meksika prezidenti Enrike Penya Nyeto, müdafiə naziri Salvador Cienfuegos Zepeda, maliyyə naziri José Antonio González Anaya, kənd təsərrüfatı naziri Jose Calzada Rovirosa, ətraf mühit naziri Rafael Pakkiano Alaman və Francisco Ortiz Guzman, prezident administrasiyasının rəhbəri Andres Fernandez Massieu və digər hökumət nümayəndələri gözlərində yaranan ağır qıcıqlanmaya görə tibbi müdaxilə edilib.

Lakin problemin nədən qaynaqlandığı haqqında heç bir məlumat verilmir. Hökumət rəsmilərinin bəzilərinə istirahət etmək məsləhət görülüb. lakin meksika prezidenti cədvələ uyğun olaraq fəaliyyətini davam etdirir.

Hazırda Meksikanın Səhiyyə Nazirliyi tərəfindən baş verən problemlə bağlı araşdırmalara başlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə