Yaponiyaya desant gəmisi yerləşdirilib

ABŞ hərbi dəniz qüvvələri Yaponiyanın cənub-qərbinə göyərtəsində F-35B qırıcılari olan yeni universal desant gəmisi yerləşdirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ hərbi dəniz qüvvələrinin "Wasp" adlı gəmisi Naqasaki prefekturasının Sasobe limanına yanvarın 14-də səhər saat 9:00 radələrində yan alıb. Onun ABŞ hərbi dəniz qüvvələrinin "Bonhomme Richard" universal desant gəmisini əvəz etdiyi bildirilir.

"Wasp" gəmisinin uzunluğu 250 metrə, su tutumu 40 min tona bərabərdir. Gəminin heyət üzvlərinin ayı 1100 nəfər təşkil edir. Bununla yanaşı, gəmi 1600 dəniz piyadasını da göyərtəsinə qəbul edə bilər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə