ABŞ-dan Türkiyəyə növbəti zərbə

ABŞ Suriyanın Türkiyə ilə sərhədinə YPG terrorçularından ibarət ordu yerləşdirəcəyini açıqlayıb. Bu barədə Türkiyənin “Xəbərlər” qəzeti informasiya yayıb. Məlumata görə, İŞİD-ə qarşı qurulan koalisiyanın rəsmilərindən biri “Suriya Türkiyə sərhədinə milislərdən ibarət 30 minlik ordu yerləşdirəcəyik”, - deyib.

Ordunun məhz YPG-dən təşkil olunacağı bildirilir. Qeyd edək ki, PKK terror qruplaşmasının liderlərindən olan Siyabənd Vəlad bir müddət əvvəl ABŞ-ın Türkiyə sərhədi boyunca 100 min nəfərdən ibarət ordu yaratmaqla bağlı təlimat verdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə