Putinin sosial şəbəkələrdə heç bir rəsmi səhifəsi olmayacaq

Rusiyada keçiriləcək prezident seçkilərində namizəd olan Vladimir Putinin sosial şəbəkələrdə heç bir rəsmi səhifə və ya hesabı olmayacaq. Bu barədə Putinin seçki qərargahının mətbuat katibi Andrey Kondraşov danışıb.

Kondraşovun sözlərinə görə, Putinlə bağlı yalnız seçki qərargahının rəsmi saytı fəaliyyət göstərəcək. Sosial şəbəkələrdə bütün işlər isə könüllülər və Putinin tərəfdarları tərəfindən təmin olunacaq.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə