ABŞ hərbi təhlükənin qarşısını almağa çalışır

ABŞ nüvə döyüş sursatlarının sayını artırmaq niyyətindədir.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu Vaşinqtonun nüvə doktrinasının layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Donald Tramp administrasiyası Rusiyadan gələn hərbi təhlükənin qarşısını almaq məqsədi ilə az güclü nüvə başlıqlarının sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə