Erməni hərbçilər qəzaya düşüb

Ermənistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə Ararat vilayətində “Opel” markalı minik avtomobili ilə Ermənistan müdafiə nazirliyinə məxsus ZİL markalı hərbi yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə