Afinada keçirilən tətil şəhəri iflic edib

Afinada nəqliyyat işçilərinin keçirdikləri tətil şəhəri iflic edib. Tətil nəticəsində aeroport, metro və tramvayların fəaliyyəti dayandırılıb. Trolleybusların və avtobusların sürücüləri həmkarlarını növbəti tətildə dəstəkləyəcəklərini bəyan ediblər. Dəmir yolu, dəniz federasiyasının təmsilçiləri, Afina və Pirey şəhərlərinin həkimlərinin birliyi də tətilə qoşulublar. Həkimlər yalnız təcili tibbi yardıma ehtiyacı olan xəstələri qəbul edirlər.

Qeyd edək ki, tətil Yunanıstan hökumətinin qəbul etdiyi yeni iqtisadi islahatlara qarşı yönəlibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...