Aşot Qriqoryan: "Ermənistanda qiyam realdır"

"Ermənistanda partlayış həddinə çatacaq situasiya yaranıb." Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Avropa Erməni Assosasiyası Forumunun rəhbəri Aşot Qriqoryan söyləyib. Onun sözlərinə görə, bu situasiyanın nəticələri qeyri-müəyyən ola bilər:

“Qiyam realdır. Qan tökülməsinə izn vermək olmaz. Biz buradan hər şeyi diqqətlə izləyirik və buna imkan verməyəcəyik. Müxalif Yelk Blokunun mitinq çağırışına gəlincə, mənim fikrimcə, bu, Serj Sərkisyanla razılaşdırılıb. Gərginlik mart-aprel aylarında kuliminasiya həddinə çatacaq. Partlayış mütləq baş verəcək. Sərkisyanın bunu öncədən dərk etməsi daha yaxşı olardı”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...