Qətər bu müsəlman ölkəsindən BMT-yə şikayət edib

Qətər BMT Təhlükəsizlik Şurasına Birləşmiş Ərəb Əmirliklərindən şikayət edib. Bu barədə informasiyanı “Əl-Cəzirə” televiziyası yayıb.

Televiziya rəsmi Dohanın BMT-yə BƏƏ-nin hərbi aviasiyasının Qətərin hava məkanını pozduğuna görə müraciət etdiyini bildirib. Qətərin şikayət ərizəsinin bir üzü BMT Baş katibi Antoniu Quterreşə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə