Tramp: "Bizə çirkli çuxurlardan çıxan miqrantlar lazım deyil"

ABŞ prezidenti Donald Tramp konqresmenlərlə görüşündə Birləşmiş Ştatlara "çirkli çuxur"dan çıxan miqrantların lazım olmadığını deyib. SİA-nın xarici mətbuata istinasdən verdiyi xəbərə görə, bir qrup senator Ağ evi ziyarət etməklə prezidentə Haiti, El Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında uzlaşma razılaşması təklifini irəli sürüblər.

Bu təklifə cavab olaraq ABŞ prezidenti: "Çirkli çuxurlardan çıxan insanlar bizim nəyimizə lazımdır?"- deyə bildirib. Amerika lideri bildirib ki, ABŞ-a Norveç kimi ölkələrdən gələn miqrantlar lazımdır.

Ağ Ev də Trampın bu cür bəynat verdiyini təkzib etməyib və açıqladığı bəyanatda qeyd olunub ki, bəzi Vaşinqton siyasətçiləri başqa ölkələrin maraqlarını müdafiə edir, lakin Tramp amerika xalqının maraqlarını hər şeydən üstün tutur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə