Ərdoğan: "ABŞ terrorçuları silahlandıraraq səbrimizi yoxlayır"

"ABŞ YPG və PYD terror qruplaşmalarını silahlandıraraq, dəstək verərək səbrimizi yoxlayır." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğanın sözlərinə görə, Türkiyə son ana qədər öz sərhədlərində baş verən hadisələri səssiz şəkildə müşahidə edəcək bir dövlət deyil. Türkiyənin YPG və PYD-ə qarşı Suriyada əməliyyatları genişləndirmək üçün kifayət qədər qüvvəsi və hüququ var.

Bütün xəbərlər Facebook səhifəmizdə